Əsas məzmuna keç

Qoşma

Sevgi

Zəlimxan Yaqub

1

Gələndə yaşımı heç soruşmadı, Baxmadı zamana, yaşa bu sevgi. Birdən bir dəlisov oğlana döndü, Tutdu pəncərəni daşa bu sevgi.

Dedilər yol axtar qız ürəyinə, Süzül damla-damla, süz ürəyinə. Od qoydum yanmışın buz ürəyinə, Az qaldı dünyanı aşa bu sevgi.

O səslər hələ də qulağımdadı, Baharın həsrəti yanağımdadı, Hələ ki, payızın sınağındadı, Görək dözəcəkmi qışa bu sevgi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.