Əsas məzmuna keç

Qoşma

Sevəsən

Zəlimxan Yaqub

1

İnsanı sevəsən, ürəklər açıla, Torpağı sevəsən, çiçəklər açıla. Körpəni sevəsən, süzülə laylalar, Beşiyi sevəsən, bələklər açıla.

Gözündən içəsən, bulaqlar sevinə, Şirin söz deyəsən, dodaqlar sevinə. Zirvəyə çıxasan, Yaradan çağıra, Dağlara qalxasan, yaylaqlar sevinə.

Buludda şimşəyə, yağışa dönəsən, Çəməndə ilməyə, naxışa dönəsən. Baharı əlindən almaya təbiət, Nə payız görəsən, nə qışa dönəsən.

Vurulub sevəsən, gərilib sevəsən, Gül kimi torpağa sərilib sevəsən. Ay kimi batsan da gün kimi doğasan, Min ildən sonra da dirilib sevəsən!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.