Sevənlər həmişə möhtərəm olur
Sevinc gözləməsin sevən dünyadan, Qisməti çox zaman kədər-qəm olur. Can şamda titrəyən şöləyə dönür, Göz dolur, boşalır, kirpik nəm olur.
Meyli qıza düşür, qadına düşür, Hərə bir gözəlin oduna düşür. Kim cəfa çəkirsə, od ona düşür, Gah Qərib, gah Məcnun, gah Kərəm olur.
Nazıyla oynamaq adətim, peşəm, Sevgidi varlığım, sevgidi peşəm. Sevənlər həmişə məğrur, möhtəşəm, Sevənlər həmişə möhtərəm olur.
2005, 2 fevral