Əsas məzmuna keç

Heca şeiri

Sevənə yol ver, Allah

Zəlimxan Yaqub

1

Eşq ucundan dağları, Ovana yol ver, Allah. Məcnunu səhralara Qovana yol ver, Allah.

Haqdan qanad aldılar, Haqqa körpü saldılar. Qocalar qocaldılar, Cavana yol ver, Allah.

Sevən – əli çıraqlı, Sevən səsli-soraqlı. Hər şey sevgiyə bağlı, Sevənə yol ver, Allah.

1998, 17 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.