Əsas məzmuna keç

Heca şeiri

Sevə bilirsənsə

Zəlimxan Yaqub

1

İnsanın eşq adlı bir Allahı var, Yaşasan gözəldi ömrün hər çağı. Hər günün sehrli bir sabahı var, Bu xoruz banıdı, bu səhər çağı.

Sevgidi varlığın ən şirin sözü, Cilvədi, naxışdı, nəğmədi, səsdi. Saflıq istəyənə bulağın gözü, Sevmək istəyənə dan yeri bəsdi.

Sarsılma düşəndə dumana, çənə, Nə sıxıl, nə darıl, nə üzül, yaşa. Sevgisiz bir gün də artıqdır sənə, Sevə bilərsənsə, lap yüz il yaşa!

2000, 29 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.