Əsas məzmuna keç

Qəsidə

Səvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdir

Məhəmməd Füzuli

1

Səvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdir, Çiraği-mərdümi nuri-ədalətdən münəvvərdir.

Qamu ətrafına abi-həyati-ədldir cari, Cəmii-əhlinə tövfiqi-cəmi’iyyət müyəssərdir.

Süruri müttəsil, zövqi dəmadəm, ne’məti bihəd, Fəzasi afiyətəfza, həvasi ruhpərvərdir.

Sürür əhlinə zənciri-təəllüq hey’ət əczasi, Səri-afaqə baruyi-həsari-hisni əfsərdir.

Binayi-büq’eyi-məqbuli əhli-xeyrə mənzilgəh, Bəsiti-xaki-paki övliyaül-lahə bəstərdir.

Rəvadır övliya bürci demək ol büq’əyi-pakə Ki, hər əllaməyə mənzilgəhü hər elmə məzhərdir.

Əfazil büq’ə-buqə’ə xaki-pakin mənzil etmişlər, Nəzər qıl səfhə-səfhə lövhinə, gör kim, nə dəftərdir.

Səvadi-afəriniş nüsxəsindən bir vərəqdir kim, Qəvanini-ədalət onda mərqumü mühərrərdir.

Nola Fərhadvəş üşşaqi olsa cümlə xosrovlar, Mübarək səfhəsində surəti-Şirin müsəvvərdir.

Kitabi-kainatə sərsəri-fitnə güzər qılmış, Haman bu səhfə qalmış baqi övraqini əbtərdir.

Məkarihdən həzər, iqbalə rəğbət qılmağa daim, Mələklər hər tərəfdən qasidi, sanman kəbutərdir.

Zülali-mə’dələt sərçeşməsi olsa, əcəb olmaz, Hərimi-barigahi-rif’əti saqiyyi-kövsərdir.

Bu mülkün şahidi-tövfiqi-iqbali budur hala Ki, paşayi-səadətmənd əhli-mülkə sərvərdir.

Zəhi sərdari-saibrə’y, sahibədl, dəryadil Ki, şə’nü şövkəti ə’dayə mənsurü müzəffərdir.

Degil həddi-bəşər hüsni-əfafü lütfi-əf’ali, Məlayik firqəsindən bir əcəb zati-mütəhhərdir.

Münəzzəhdir qubari-zülmdən mir’ati-idraki, Təaləllah, nə xoş pakizətəb’ü pakcövhərdir.

Zəmiri-biməlali əsvəbi-əfkarə cövlangəh, Vücudi-bimisali əhsəni-əf’alə məzhərdir.

Səbati-mülkinə bürhan yetər kefiyyəti-ədli, Ədalət qanda olsa müstədam olmaq müqərrərdir.

Əmiri-ə’dəlü əkrəm Əyasi-paktiynət kim, Zülali-ədl birlə tiynəti-paki müxəmmərdir.

Şəha, sən məsnədarayi-səriri-izzü rif’ətsən, Tərazi-e’tibarin səfheyi-dövranə ziyvərdir.

Cəmali-ənvərindir asimani-mə’dələt mahi Və ya ol mah kim, xurşidi-rəxşanə bərabərdir.

Pənahi-mülkü millətsən, sədadi-hüsni-tədbirin Ədu Yə’cucinin dəf’inə bir səddi-Sekəndərdir.

Sənə tabe olan çəkməz məlalü möhnəti-aləm, Nə qəm zülmət vəhmindən ona kim, Xizr rəhbərdir.

Verir can tiği-xünrizin xəyalilə ədu, guya Xəyali-tiği-xunrizin əcəl mürğinə şəhpərdir.

Pəyami-şövkətin yetdikcə ə’dayi zəbun eylər, Əzayimxanə div əlbəttə məhkumü müsəxxərdir.

Sənin tiğindən istər bir cila kəsb eyləyə hala, Cahan ayinəsi kim, gərdi-möhnətdən mükəddərdir.

Sənin təhriki-rəxşi-iqtidarından umar təskin Bu günlər dəhr kim, təşvişdən qayətdə müztərdir.

Müxalif zülməti-heyrətdə qalmış, əzmi-cəzm et kim, Bu zülmət dəf’i möhtaci-şüayi-tiğü xəncərdir.

Cəzayir əhli tüğyan üzrədir, əzm et ki, şəmşirin Fəsadi-xuni-fasid dəf’inə xunriz neştərdir.

Əzimət qıl ki, dövran müntəzirdir fəth zövqinə, Rəvan ol kim, zəmanə tabe’ü düşmən mühəqqərdir.

Cəzayir mülkini qıl Bəsrə iqliminə mülhəq kim, Peyapey fəthü nüsrət ne’məti-qeyri-mükərrərdir.

Sərəfraza, Füzuli qeyrdən qət’i-nəzər qılmış, Sənin dərgahinə bir sadiqül-ixlas çakərdir.

Yetər lütfün ona daim, degil hacət tələb qılmaq, Tərəddüdsüz olur hasil nə kim, Həqdən müqəddərdir.

Ümidim var kim, rə’yincə ola seyri dövranın, Fəzayi-asiman ta cilvəgahi-seyri-əxtərdir.

* * *

Lüğət: Səvad – qaralıq; Kişvər – ölkə, məmləkət; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Mərdümi – insanlıq; Abi – rəvan – axar su, çay; Hisni – pənahində – pənah qalasında; Əfsər – tac; Əhli – raz – sirr əhli, sirdaş; Xaki – tirə – qara torpaq; Bəstər – yataq; Məzhər – bir şeyin zahid olduğu yer; Afəriniş – yaradılmış, xilqət; Üşşaq – aşiqlər; Xosrov – padşah, hökmdar; Sərsəri – qəhri-cahansuz – dünyanı yandıran acıq küləyi; Güzər – keçmək; Baqi – həmişəlik, qalan, daimi; Kəbutər – göyərçin; Zülal – saf, duru; Barigah – divan, saray; Şahid – gözəl; şəhadət verən; Sərvər – başçı; Dəryadil – geniş ürəkli, hövsələli; Hüsni – göftar – söz gözəlliyi X; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Zəmir – ürək, könül; Əhsən – çox gözəl; Bürhan – dəlil, sübut; Qanda – harada; Müstədam – daimi, müdam; Müqərrər – qərara alınmış; Əkrəm – çox səxavətli; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Mahi – taban – parlaq ay; Mah – parə – ay parçası; Can – ruh, bədən; Xunriz – qantökən, zalım; Pəyam – xəbər, peyğam; Zəbun – düşkün, aciz, zəif; Gərd – toz; Dəhr – zaman, dünya, aləm; Müztər – çarəsiz N; Cəzm – qəti; Xuni – qanlı, qan tökən; Əzimət – müəyyən bir yerə hərəkət etmək; Rəvan – gedən; axan; ruh; Peyapey – bir-birinin dalınca; Çakər – nökər, qul; Müqəddər – insanın alnına yazılmış tale; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Əxtər – ulduz

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.