Əsas məzmuna keç

Qoşma

Səs

Zəlimxan Yaqub

1

Tanrı səsi sözdən əvvəl yaratdı, Təbiətin yağışı səs, qarı səs. Sel kükrədi, çay gurladı, su daşdı, Dərələrin qazancı səs, barı səs.

Səs ucaldı həvəsində insanın, Səs qaynadı nəfəsində insanın. Nələr yoxdu ləhcəsində insanın, Kamanı səs, qavalı səs, tarı səs.

Sevgi dedi, dodaq əsdi, dil əsdi, Gözəllərin gərdənində tel əsdi. Qarlı dağdan göy çəmənə yel əsdi, Səs eylədi – kəpənək səs, arı səs.

Səsin varsa, bil, kişisən, bil, ərsən, Səssizlərin göz yaşını silərsən. Zəlimxanı tanıyanda bilərsən, Yarı sazdı, yarı sözdü, yarı səs.

2002, 7 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.