Əsas məzmuna keç

Gəraylı

Sərsəri, girmə meydana

Şah İsmayıl Xətai

1

Sərsəri, girmə meydana, Aşiq, səndən yol istərlər. Qəllaş ilə oturmadan İman əhli pul istərlər.

Bu yola girən oturmaz, Haqq sözə hiylə qatılmaz, Bunda heç hiylə satılmaz, Gövhərindən qul istərlər.

Bir qılı min para edər, Bu yolu ixtiyar edər, Şahım bir yol qurmuş gedər, Yol içində yol istərlər.

Şah Xətayi der: – Neylərsən? Hər müşkülü həll eylərsən. Arısan, çiçək iylərsən, Yarın səndən gül istərlər.

Lüğət: Qəllaş – əliaçıq, müflis

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.