Sərmənzili-hər muradə rəhbərdir eşq
Sərmənzili-hər muradə rəhbərdir eşq, Keyfiyyəti-hər kəmalə məzhərdir eşq, Gəncineyi-kainatə gövhərdir eşq, Hər sadir olan nəş’əyə məsdərdir eşq.
Lüğət: Məzhər – bir şeyin zahir olduğu yer; Məsdər – mənşə; bir şeyin çıxdığ yer