Səpilmişəm yaddaşlara
Suyumu kəsən sevinir, Elə bilir səhradakı Qovrulmuş qumlar kimiyəm. O binəva hardan bilsin İçimdən gur çaylar axır, Sulanmış şumlar kimiyəm. Nə ölənəm, nə itənəm, Hər yaz göyərib bitənəm. Səpilmişəm yaddaşlara, Sağlam toxumlar kimiyəm.
2007, 16 iyul