Əsas məzmuna keç

Qoşma

Sənsiz

Zəlimxan Yaqub

1

Ay mənim çiçəyim, küsdün, gəlmədin, Çiçəklər üzümə baxmadı sənsiz. O gün yatağında dayandı çaylar, Sular baş götürüb axmadı, sənsiz.

Yüz bahar dəyişə, yüz də yaz ola, Çətin, gözəllikdə sənə tay ola. Mən dedim, həmdəmim bəlkə yay ola, Buludlar altından çıxmadı, sənsiz.

Sevgisiz günləri hədər say mənə, Eşqimi itirsəm, onda vay mənə. Əgər bağışlansa bir saray mənə, Dağılmış, talanmış daxmadı, sənsiz.

1972, 20 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.