Sənin dodaqların
Bir əsim mehdən də üşüyənəm mən, İmkanın çatırsa üşütmə məni. Oxşa deyirəmsə, bağrına bərk bas, Yorğunam dedimsə, eşitmə məni.
Yanğım illərimin o tayındadı, Əlli il əvvəldə uyuyur indi. Ürəyim yenə də od parçasıdı, Canımın alovu soyuyur indi.
Böyük sevgilərə inanıram mən, O sönmür, sönsə də hər yanan ocaq, Qəbrimin üstündə son duanı da, Sənin dodaqların pıçıldayacaq!
2011, 4 fevral