Səni mənə Allah özü göndərib
Səni mənə Allah özü göndərib, Qələmim gəl, dəftərim gəl, sazım, gəl. Saz çiçəyim, söz baharım, səs yazım, Çiçəyim gəl, baharım gəl, yazım, gəl.
Haqq sevgisi özgə səmtə yozulmaz, Tanrı yazan boş-boşuna yazılmaz. Yağış yağsa, külək döysə pozulmaz, Yazdığımı yaddaşlara yazım, gəl.
Ocaq-ocaq sözüm çatsın göylərə, Ünüm düşsün kamanlara, neylərə. Qadir Allah, qaldır məni göylərə, Gör nə deyir alnımdakı yazım, gəl.
2006, 4 may