Səni görməyəndə
Səni görməyəndə elə bilirəm, Dünya ləzzətindən, dadından çıxır. Parlamaq ulduzun ağlına gəlmir, Alışmaq Günəşin yadından çıxır.
Bircə ay uzansa həsrətin ömrü, İntizar qəddimi əyər dünyada. Məni ki sənintək əzizləyən var, Min il yaşamağa dəyər dünyada.
1978, 26 fevral