Əsas məzmuna keç

Heca şeiri

Səni bir şair sevir

Zəlimxan Yaqub

1

Səni bir şair sevir, Varmı xəbərin, gözəl? Sözü səndəndir, ancaq, Bütün şəhərin, gözəl.

Səni bir şair sevir, Ucaboy, enlikürək. Başdan-başa məhəbbət, Özü boyda bir ürək.

Səni bir şair sevir, Zəriflərin zərifi. Ona tərif nə gərək, Allahdandı tərifi.

Səni bir şair sevir, Eşqinin ozanıdı. Bircə soyuq baxışın, Ömrünün xəzanıdı.

Səni bir şair sevir, Ona çəkdirmə ahı. Sevməkdi Peyğəmbəri, Sevilməkdi Allahı!

2000, 10 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.