Əsas məzmuna keç

Qoşma

Səni

Məxdumqulu Fəraqi

1

Olmadı bizə nəsibin, istədim güzdən səni, Dedin: «Ötsün qış, taparam tazə novruzdan səni», Sayladım, seçdim, sonam, mən bir bölük qızdan səni, Neyçün belini qucmadım mən tapıb düzdən səni, İstərəm haqdan qovuşdursun mənə tezdən səni.

Haq qatında sözüm ötməz, mən kimi avara yox, El-gün rəhm eyləməzlər, mən kimi biçarə yox, Ürəyim səd para təkdir, heç tənimdə yara yox, Sən qəribsən, mən fəqirəm, səndə-məndə çarə yox, Sevdiyim, təqdiri-haqdır ayıran bizdən səni.

Sevdiyim, sən gündə bir kəz yadına salsan məni, Gündə yüz qatla dilərəm yaradan haqdan səni, Əzəl gündən sən oda saldın mən farağat bəndəni, Haq götürsin aradan, öylə rəqib-şərməndəni, Qıl büxl bizdən yana incitsələr sözdən səni.

Bağına girsəm səhər, bülbül olub salsam oyun, Qəflətə qalsa rəqib, bir dəm salışsaq qol-boyun, Haqdan özgə çarə yoxdur, nə qılim, mən neyləyin, İncə bel, şirin zəban, qumru topuqsan, qaz boyun, Saxlasın tanrı pənahında yaman gözdən səni.

Xeyrini düşmən görər, dostun çəkər cəbri-cəfan, Yara, dildarlıq olarmı sürməyən zövqi-səfan, Salsalar tərəziyə Balkan dağı olmaz bahan, Söyləyər Məxdumqulu əhdin yalan, yoxdur vəfan, Bivəfalar xub soyutmuşlar, sonam, bizdən səni.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.