Səni
Həbibulla, səni sevən, Tapar hansı yolda səni? Vallah, görməyə müştaqdır, Bəy də, xan da, qul da səni.
Aşiqlər gül üzü solar, Min gün ağlar, bir gün gülər, Bülbül sənədə arzular, Tazə qönçə, güldə səni.
Nə gövhərsən, yox qiymətin, Cahanı tutmuş hümmətin, Durmaz, yad edər ümmətin Dağda, düzdə, çöldə səni.
Ərənlər yolunu izlər, Dərvişlər sirrini gizlər, Məşriq-məğrib tamam gözlər Hamı sağda-solda səni.
Dövlət fələk ilə dönər, Kimdən uçar, kimə qonar, Görməsə, aşiqlər yanar, Həftə, ayda, ildə səni.
Biz həm ümmətin xasların − Yad edərik həvəslərin, Çağırıb mədəd istərik Yaxşı-yaman halda səni.
Məxdumqulu der, odum var, Ərzim var, haqqa dadım var, Şəfaətdən umudum var – Qıl körpüdə dalda səni.