Səni
Burax təbiətlə zarafatını, Yandırıb şam kimi əridər səni. Cavansan, quş kimi göyə qaldırar, Qocasan, çəliklə yeridər səni.
Vaxt olar, adına saray tikdirər, Vaxt olar, bağında bostan əkdirər, Dəli sellər kimi nərə çəkdirər, Yazıq göllər kimi kiridər səni.
Zəlimxan, həyatın mənasına bax, Saralır payızda yamyaşıl yarpaq. Can verən olsa da bu ana torpaq, Can alıb qoynunda çürüdər səni.
1974, 8 dekabr