Əsas məzmuna keç

Qoşma

Sənə qurban

Aşıq Ələsgər

1

Bir sözüm var sənə pünhan deməli, Qail olsan, deyim, gül, sənə qurban! Nə müddətdi həsrətini çəkirəm, Söyləyim, dərdimi, bil, sənə qurban!

Mənim cünunluğum hər mahal bildi, Dərd məni söylətdi, düşmənlər güldü, Bivəfa qızlardan əlim üzüldü, Eylərəm canımı qul, sənə qurban!

Ələsgəri gözdən qoyma irağa, Könül tab gətirməz dərdə, fərağa, Leyli kimi vədə versən bulağa, Məcnunam gözlərəm, il sənə qurban!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.