Əsas məzmuna keç

Qoşma

Sənə

Zəlimxan Yaqub

1

Bu qaynar ömrümü, coşqun ömrümü, Bu çaşqın ömrümü, daşqın ömrümü, Sevdanın ömrünü, eşqin ömrünü, Sənə həsr eyləmək həvəsindəyəm!

Gələn günlərimi, saatlarımı, Sabaha açılan qanadlarımı, Bütün toylarımı, büsatlarımı, Sənə həsr eyləmək həvəsindəyəm!

Açılan səhəri, gələn axşamı, Süzülən badəni, içilən camı, Yazılan kitabı, əriyən şamı, Sənə həsr eyləmək həvəsindəyəm!

Günəşdən aldığım nuru, ziyanı, Çiçəkdən aldığım rəngi, boyanı, Torpaqdan aldığım gücü, mayanı, Sənə həsr eyləmək həvəsindəyəm!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.