Səndən bixəbər
Sənsən arayişi-can, həm can səndən bixəbər, Sən cahana dolubsan, cahan səndən bixəbər.
Əndişə dəryasında sirrim səfinəsini Yüz tərəfə üzdürdüm, seyran səndən bixəbər.
Gər desələr küfr olar: «Əşya səndən halidir», Mənzil səndən müstəğrək, məkan səndən bixəbər.
Zəmin, asman, qərbü şərq pərtövündə gərdandır, Zaman ilə sən gərdan, zaman səndən bixəbər.
İstər səni dənizlər dalğalanıb şövqündən, Sən olar içrə məlum, ümman səndən bixəbər.
Zəmin dilər asmanda, asman dilər zəmində, Bir-birinə gümanda, güman səndən bixəbər.
Məxdumqulu, gör indi, əşyalar nə işdədir, Yox imiş bu əşya da həman səndən bixəbər.