Səndən bahası yoxdu
Ürəklərə gedən yol, gözəlliyin yoludu, Bu dünya başdan-başa gözəlliyin yoludu. Səndən gözəli yoxdu.
Heç bir gülün, çiçəyin, Dünyada sənin qədər Ətri yox, rəngi yoxdu. Qəşəng olanlar nə çox, Səndən qəşəngi yoxdu.
Heç bir bağın, bağçanın, Həyatda sənin qədər Gülü, qönçəsi yoxdu. Nə çoxdu bu dünyada İncə belli gözəllər, Səndən incəsi yoxdu.
Nə çoxdu yer üzündə, Sərvət dolu sinələr. İçi daş-qaşla dolu Əvəzsiz xəzinələr. Yoxdu, səndən varlısı, Səndən bahası yoxdu. Niyəsini soruşma, Daha niyəsi yoxdu, Daha dahası yoxdu.
Yalta, 2010, 18 iyun