Səndə varmı?
Mənə geniş çöllərin, Çəkili sünbüllərin Bərəkəti gərəkdi, Bərəkət səndə varmı?
Mənə zərif güllərin, Al-yaşıl fəsillərin Təravəti gərəkdi, Təravət səndə varmı?
Mənə çətin anların, Ağır imtahanların Dəyanəti gərəkdi, Dəyanət səndə varmı?
Mənə barlı bağların, Əyilən budaqların Səxavəti gərəkdi, Səxavət səndə varmı?
Bu dəyanət, bu sərvət, Bu bərəkət, bu nemət Saf məhəbbət deməkdi, Məhəbbət səndə varmı?