Əsas məzmuna keç

Qoşma

Səndə nə günah var

Zəlimxan Yaqub

1

Bu qədər ehtiyat eyləmə, gözəl, Bil ki o gözlərin giləsi mənəm. Sənin gözəlliyin şahlıq taxtıdı, Onun qulu mənəm, köləsi mənəm.

Özüm də bilmirəm sənsiz mən kiməm, Sən mizrab, mən isə titrəyən siməm. Dodağın qaçanda baş təbəssüməm, Ürəyin yananda şöləsi mənəm.

Dünya qul bazarı, apar sat məni, Gah oynat, gah güldür, gah ağlat məni. Əgər yarıtmırsa bu həyat məni, Səndə nə günah var, öləsi mənəm.

1996, 14 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.