Sən varsan
Bu yetər mənimçün, sən varsan həyatda, Dipdiri, yamyaşıl baharsan həyatda. Sən varsan səbirdə, dözümdə, inadda, Sevginin verdiyi qırılmaz həyatda, Düz keçib, dağ yarıb, daş oya bilərəm. Sən varsan, Allahın ey əziz bəndəsi, Sən varsan, Allaha baş əyə bilərəm. Torpağı başımın üstünə qaldırıb, Dağları çiynimdə daşıya bilərəm!
2001, 23 mart