Əsas məzmuna keç

Qoşma

Sən ol

Zəlimxan Yaqub

1

Gəl öz ömrümüzə bir dastan qoşaq, Alı xan mən olum, Pəri də sən ol. Toyum da, yasım da sənə bağlıdır, Ömrümün xeyri də, şəri də sən ol.

Baxma bu yollarda gördüyün çənə, Yağsa da başına qar dənə-dənə. Dünyanı gəzsəm də qayıdım sənə, Dünyamın göyü də, yeri də sən ol.

Əslinin getdiyi iz gözəl qalıb, Sənət ölməz olub, söz gözəl qalıb. Eşqin kitabında yüz gözəl qalıb, Həyatda qalanın biri də sən ol.

1975, 14 sentyabr İsmayıllı

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.