Səmavi kitablar
Səmavi kitablar göylərdən gələndi, Ruhunda ucalıq, eşqində qanad var. Ürəkdən su içir müqəddəs duyğular, Fikirdə, xəyalda coşqun bir həyat var. Tanrıya qovuşmaq imtahan yoludur, Qarşıda sual var, mizan var, sirat var. Boşuna ötüşmür zamanın axarı, Hər əsrin içində dolu bir saat var. Allahı insana güzgütək göstərən, Zəbur var, İncil var, Quran var, Tövrat var.
2002, 10 fevral