Əsas məzmuna keç

Qoşma

Sel qalmaz

Məxdumqulu Fəraqi

1

Altmış başlı, ala qarlı dağlardan, Duman köçər, yağmur keçər, sel qalmaz. Şeyda bülbül məskən tutan bağlardan, Xəzan vurar, yarpaq qaçar, gül qalmaz.

Hər kim içsə ol şərabdan, ol camdan, Ürək coşar, hər söz gələr zəbandan, Gələn keçər bu yalançı cahandan, Xoca, seyit, bəy, padişah, qul qalmaz.

Cana dəysə qocalığın zəhəri, Xarab olar könül – gövdə şəhəri, Əldən getsə igidliyin baharı, Qüvvət qaçar, diz əyilər, bel qalmaz.

Bir namərdin çox minnətli aşından, Əl uzatma, geri çəkil qaşından, Elsiz qalan bülənd dağlar başından, Ağac bitər, caddə itər, yol qalmaz.

Məxdumqulu, bu cahanda kim olar, Ol məkana gedən gəlməz, güm olar, Görər gözün, görklü bədən qum olar, Dəhan gedər, dəndan düşər, dil qalmaz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.