Əsas məzmuna keç

Heca şeiri

Səhradı

Zəlimxan Yaqub

1

Gülü çox olan yer bağçadı, bağdı, Qanqalı boy verib bitən səhradı. Məcnunu qoynunda itirən, itən, Məcnunun içində itən səhradı.

İlahi sevgilər göylərə təndi, Yaşıl budaqlarda bülbül ötəndi. Sevəni çoxdursa, səhra vətəndi, Sevəni yoxdursa, vətən səhradı.

2000, 4 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.