Səhra həmin səhradl
Düdük həmin düdükdü, Çalanları başqadı. Eşşək həmin eşşəkdi, Palanları başqadı.
Kiminə bir fürsətdi, Kiminə xoş qismətdi, Rüşvət həmin rüşvətdi, Alanları başqadı.
Üyüdür narınları, Yekəldir qarınları. İndinin harınları, Kalanları başqadı.
Dərddi, qəmdi, kədərdi, Dərdi dünya qədərdi. Şəhər həmin şəhərdi, Dalanları başqadı.
Tapdaladı haqları, Bağladı dodaqları. Vaxtın fırıldaqları, Yalanları başqadı.
Tez-tez dəyişir adı, Ancaq dəyişmir dadı. Səhra həmin səhradı, İlanları başqadı.
2000, 24 noyabr