Səfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yar
Səfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yar, Dili-pürxünimin ayinəsinə saldı qübar.
Ey üzarü xətinə ənbərü kafur qulam, Dəmdədəm səfheyi-kafurə xətin ənbərbar.
Xəti-səbz ilə füzun oldu lətafət rüxinə, Kim görübdür verə ayinəyə rövnəq jəngar?
Səfi-üşşaq hücum etdi məgər kim, hüsnün Lə’l gəncinəsinə qaliyədən çəkdi həsar.
Min bəla oxuna sancıldı rüxün əksindən, Olalı sadə könül arizinə ayinədar.
Açdı könlüm çiçəgin zövqi-xəti-rüxsarin, Dünü gün oldu bərabər, nə əcəb olsa bəhar.
Xət degil zahir olan, ahuyi-Çindir, çeşmin Hər tərəf cünbüşə gəldikcə qılır mişk nisar.
Ey büti-səngdilü siymtənü mişkinxal, Vey məhi-sərvqədü səbzxətü laləüzar!
Könlüm aldun ki, bəhasın verəsən nəqdi-vəfa, Etmədin əhdə vəfa, qövlinə qıldın inkar.
Nə rəva olmaya asari-mürüvvət səndə, Sən təğafül qılasan, mən olam aşüftəvü zar.
Dutalım kim, sənə sultan, mənə çakər derlər, Ittisal eylə mənimlə və gər eylərsən ar,
Kərəm et, könlümü ver, qeyr ilə bazar edərəm, Sən sənə, mən mənə, azar ilə olmaz bazar.
Billah, incitmə məni, yoxsa şikayət qıluram, Necə mən səbr edəyim, qalmadı canımda qərar.
Lilləhil-həmd degül mülk ühi hakimdən, Şər’ icrasına Bağdadda bir hakim var.
Vazehi-mə’dələtü rə’fətü insafü ədəb Sahibi-mərhəmətü şəfqətü təmkinü vüqar.
Ol zəkitəb’ ki, təhqiqi-sifatında onun, Tələbi-mə’rifət əfgari edibdir əfkar.
Zati gövhər sədəfi-hikmətə, leykin yekta, Təb’i kövkəb fələki-diqqətə, əmma səyyar.
Dərkinə qismi-bədihidə təsəvvür məhsür, Elminə hacibi-əsrar vüqui-izhar.
Bəzmi ərbabi-təmənnayə məqami-məqsəd, Kilki əhli-həqə miftahi-künuzi-əsrar.
Elm-minhacinə ətvari üsuli-tövzih, Feyz misbahinə asari süluki-ənvar.
Füqəha firqəsinə surəti-fe’li fitva, Cümlədən cümləyə ol sədri-şəriət muxtar.
Ey vücudin səbəbi təqviyəti-şər’i-şərif, Bünyeyi-milləti-Zəhrayə sədadin me’mar,
Xidmətin olmasa məqsud nə mümkün ki, verə Nəzmi-əsnafi-səlasə əsəri-həftü çəhar.
Nöqteyi-dairə gər olmasa zatin, nə əcəb Olsa nöh daireyi-çərxə məəttəl pərgar.
Xidməti-bəzminə mə’mur məlayik səf-səf, Zahirən surəti-insanə girib leylü nəhar.
Mahsimalər ilə ərseyi-bəzmin gərdun, Sərvi-balalər ilə xaki-hərimin gülzar.
Sərvəra, cərri-əməl acilü acil Həqdən Cənnət olmuş sənə bu mə’niyə şahid asar.
Nola gördükcə səni olsa Füzuli guya, Sən bir ayinəsən, ol tutiyi-şiringöftar.
Var ümidim necə kim, karigəhi-hikmətdən Xakü əflakə müqəddər ola məks ilə mədar.
Seyri-əflak ola xak üzrə sənin rə’yinlə, Kəməri-xidmətini edə dəvayir əqtar.
* * *
Lüğət: Səvad – qaralıq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Qübar – toz, kədər; Kafur – kamfora, ağ mənasında da işlənilir; Səbz – yaşıl; Füzun – artıq; çox G; Üşşaq – aşiqlər; Qaliyə – mişk – ənbərdən hazırlanan gözəl iyli qara ətir; Rüxsar – yanaq S; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Təğafül – özünü bilməməzliyə qoymaq; Zar – sızıldayan, ağlar, zəif; Çakər – nökər, qul; Vazeh – aşkar; Təhqiqi – sirri-hikməti-həqq – həqqin hikməti sirrinin doğruluğu; Əfgar – pərişan; yaralı; Təb – qızdırma; Kövkəb – ulduz; Əsrar – sirlər; Kilki – təqdir – qəzanın qələmi; Əhli – raz – sirr əhli, sirdaş; Üsul – əbsar – nəzər, diqqət sahibləri; Ənvar – işıqlı, parlaq; Sədri – səfi-əzhar – çiçəklər səfinin başçısı; Şərif – şərəfli, mübarək; Mar – ilan; Mur – qarışqa; Leyl – gecə; Gərdun – dönən; fələk; dünya; Bala – yüksək; Xaki – tirə – qara torpaq; Sərvər – başçı; Əməl – arzu; iş; Şahid – gözəl; şəhadət verən; Müqəddər – insanın alnına yazılmış tale; Əflak – göylər; Xak – torpaq