Səfərdən gözəl nə var
Səfərdən gözəl nə var, Fikrin haqqı dərk ola. Hər yerdə sənə qarşı Sevgi ola, ərk ola.
Od qaynaya qanından, Qızlar keçə yanından. Ağrı, azar canından Birdəfəlik tərk ola.
Nə yata, nə sürünə, Haqq nuruna bürünə. Yaxşı elə görünə, Yamanlara görk ola.
Səfərdən gözəl nə var, Gəl deyə pərvərdigar. Yağsa da üstünə qar, Boz dumanlar kürk ola.
Gül açanda arzular, Qışda da verəcək bar. Səfərdən gözəl nə var, Evdən belin bərk ola.
2006, 5 noyabr