Səda oldum
Sanduvaci-sərməstəm, bərgimdən cüda oldum, Bərgimi xəzan çaldı, bisövtü səda oldum. Bir gülçöhrə yolunda bihudə fəda oldum, Bəd işlərə bay oldum, xeyr işə gəda oldum, Firqət, vüslət, hər nə ki – əslin əz xuda bildim, Hammını bidar gördüm, özüm uyğuda bildim, Dünyaya durub gələn, əylənməz, gedə bildim, Yediyimi ov sandım, geydiyim rida bildim, Yandım, bişdim, yar-dostlar, yaxıldım, əda oldum.
Yaranlar, yoldaş oldum nəfsi-həva zalimə, Geyik tək qaçar, varmaz, nəsihətçi alimə, Sərkeşliyin sübhana məşhur etdi aləmə, Mən nə deyim, a dostlar, uğursuz iqbalimə, Qoymadı öz halimə, yürüyən məcalimə, Nə qazanca güvəncim, nə xoşbəxtlik malimə, Çöp miqdarına keçməz bu cahan xəyalimə, Bilməm, aləm nə kefdə, mən heyran öz halimə, Yandım, bişdim, yar-dostlar, yaxıldım, əda oldum.
Cəhl işinə çabuk mən, Allah əmrinə süstər, Qərqi-zəlalət oldum, hidayəti sən göstər, Nə dərvişəm, nə molla, nə sufi, əhli-dəstər, Qardaşlar qulaq versə, desəm sözümü rastər, Fikir edin, kim vardır yiyəmdən özgə dost ər, Bəndəlikdə olmasan, olmağın yaxşı nist ər, Görmədim gün altında hərgiz özümdən pəst ər, Atəşə layiq olmaz əda olan xakistər, Yandım, bişdim, yar-dostlar, yaxıldım, əda oldum.
Səhrasına Süleyman gər sürsə səd siyasat, Gəlsə pəri padişahı Ağtəmirü Canpolad, Yüz min devə baş olan dev törəsi Dəmirbat, Məgəs şahı Turtarus həmralıq etsə, heyhat, Mur məliyi Münzərə gəlsə bihəd, bəğayat, Musa nur əlin açıb, İsa oxub yüz ayat, Xıdır dua eyləyib, İlyas etsə minacat,
Böylə murdar cəsədə müxaldır tapmaq nəcat, Yandım, bişdim, yar-dostlar, yaxıldım, əda oldum.
Məxdumqulu, miskinəm, könlüm öyü naməmur, Sözə yaxın bəndəyəm, xeyrim kəmü şərim zor, Özüm xəlqə naqabil, iqbalım kəc, bəxtim şor, Naşayəstə amalım, guya qədəm vurar kor, Məgər yiyəm istəsə, olar nuran ala nur, Bir tərfətül-eyndə düşəndir olub məhcur, Bədguluq birlə oldum cahan içində məşhur, Dəyirmən tək bangirəm, səməndər tək atəşxor, Yandım, bişdim, yar-dostlar, yaxıldım, əda oldum.