Seçilmiş
Xublar məclisinə güzar eylədim, Gördüm gözəllərin xası seçilmiş. Baxdım, diqqət ilə nəzər eylədim, Gül əndamı, tər libası seçilmiş.
Olum sadağası bu gözəllərin, Mərfətdə kamildi, kamalda dərin, Əsəli - müsəffadı şəhdi ləblərin, "Əsəl" baldı, "müsəffa"sı -seçilmiş. Demə Ələsgərin ağlı zayıldı, Şəmsü qəmər mah camala mayıldı, Gözüm gördü, könlüm qəmdən ayıldı, Şikəstə qəlbimin pası seçilmiş.