Əsas məzmuna keç

Təcnis

Sə qalı tez-tez

Aşıq Ələsgər

1

Sarsaq ilə seyrə çıxsan səhraya, Gətirər sərinə sə qalı tez-tez.******* Tərlan xəyal qalxar ərşi-əlaya, Sardan şikarını sağ alı tez, tez.

Yel dəyir, tellərin, yar, a gəzdirir,******** Saqi istəkanı yara gəzdirir,

Yar həsrəti canda yara gəzdirir, Yar gəlsə, yaralar sağalı tez*, tez.

Xədəngin neyləsin səng isə qala,** Eşq atəşi canda səngisə, qala.*** Şah dəstin yetirsə səngi-səqəla, Qaldırar yerindən səqalı tez-tez.

Aşıq gərək sirrin desin halala,**** Yanağından həya eylər ha lala.***** Səxa əhli satdığını halala, Siratdan keçəndə sağ alı tez, tez.

Səhər səyyad seyrə çıxarsa dağa, Ağan təkdi, dəngi deyil sad****** ağa. Qıl, yazıq Ələsgər, sərin sadağa, Geydir yar qəddinə sağ alı******* tez-tez.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.