Əsas məzmuna keç

Heca şeiri

Saz

Zəlimxan Yaqub

1

Yuxuda gördüm dinir sinəmdə sədəfli saz, Coşub nəğmə deyirəm, könlüm edibdi pərvaz. Baş pərdədə qıy vurub səslənəndə “Sarıtel”, Sandım ki, yaylaqdayam, gurladı dağlarda sel. Dilləndirdim telləri “Yanıq Kərəmi” üstə, Elə bil qəm calandı qəlbimin qəmi üstə. Onda duydum, bu hava havaların şahıymış, Od tutub yanan Kərəm məhəbbət allahıymış. Ağlatmazdı, bəlkə də, dağdan ağır qəm məni, Tellərdə qüdrətə bax, ağlatdı “Dilqəm” məni. “Cəngi” zilə düşəndə Elə bildim minmişəm Koroğlunun atına, Lap ucaldı xəyalım göyün yeddi qatına. Sanki Nigar soruşdu: “Dağlar, Eyvaz hardadı, Üç ərənim, üç balam azaddı, ya dardadı?” Oyandım sərsəm kimi, bu səsdən, bu nalədən. Neylim, doya bilmədim o çağlayan bulaqdan, tökülən şəlalədən. Məndən ötrü hər hava şirinlikdə bal idi, Ancaq həqiqət deyil, heyif ki, xəyal idi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.