Sayılam məni
Başına döndüyüm, ay telli sənəm! Qovma dərgahından, sayılam, məni. Ölləm bu dərd ilə, mən dirilmərəm, Çalıb zülfün kimi say ilan məni.
Tifil fəğan eylər şirin yolunda, Rübah dura bilməz şirin yolunda. Ölsəm Fərhad kimi, Şirin yolunda, Adam sayar adam sayılan məni.
Ələsgər, səp dil mürğünə sağər, dən, Mövlam məhəbbətin kəsməz sağ ərdən. İnşallah, qurtarar nari-səğərdən, Məhəmmədi-"ayın", sayı "lam" məni.