Sayar
Dağlar yerin mıxıdır, Təpə özün dağ sayar. Qarğa deyər bülbüləm, Sərçə özün zağ sayar.
Qənaətdə kamal var, Mənlik etmə, zaval var, Hər başda bir xəyal var, Qul özünü bəy sayar.
Gücündən, qüvvətindən, Dünyanın qismətindən, Varlının izzətindən Yoxsul özün bay sayar.
Nadanam, zad bilmənəm, Bir günahlı qul mənəm, Sirkə deyər: bal mənəm, Neft özünü yağ sayar.
Hər səy çıxar bir evdən, Özün kəm saymaz devdən, Öz yanında bədəvdən Eşşək özün yey sayar.
Dərd çəkənlər dərd bilər, Namərd özün mərd bilər, Tülkü özün qurd bilər, Tula özün səg sayar.
Məxdumqulu bir quldur, Qulluğuna qaildir, Axmaq deyər aqildir, Ölən özün sağ sayar.