Saxlayar
Təbiətə bağlı qəlbi, Dağ yaşadar, saxlayar. Yer itirməz cığırları, Sinəsində iz saxlayar.
Mətinliyi çatar dada, Mərdliyini verməz bada. Qoca palıd yıxılsa da, Qamətini düz saxlayar.
Üşüyənə açar qucaq, Alışar üz, gülər dodaq. Qar da yağsa, əsil ocaq, Kül altında köz saxlayar.