Əsas məzmuna keç

Qoşma

Saxladı

Zəlimxan Yaqub

1

Ağır yarasını çətin illərin, Sarğılar qorudu, bağlar saxladı. Sahilin sahilə sədaqətini Körpülər yaşatdı, tağlar saxladı.

Döyündü ürəklər, düşündü başlar, Qar-boran olanda çatıldı qaşlar. Qartalı qayalar, kəkliyi daşlar, İyidi qoynunda dağlar saxladı.

Zərgərin əlindən işıq aldı zər, Gözlərdə od yandı, alınlarda tər. Torpağa yük oldu qəlbi çürüklər, Həyatı çiynində sağlar saxladı.

1976, 11 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.