Əsas məzmuna keç

Gəraylı

Saxladı

Zəlimxan Yaqub

1

Mən bir yola könül verdim, Yol məni duru saxladı. Baxışımda haqq odunu, Qəlbimdə nuru saxladı.

Gözümü yaşdan qorudu, Yazımı qışdan qorudu. Qardan, yağışdan qorudu, Külümdə qoru saxladı.

Haqdan, nahaqdan ölmüşdüm, Qılıncdan, oxdan ölmüşdüm. Vallah, mən çoxdan ölmüşdüm, Saz məni diri saxladı.

2000, 17 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.