Əsas məzmuna keç

Heca şeiri

Savaş gedir

Zəlimxan Yaqub

1

Yaşayırıq ağrıları, Dərdlə dərman arasında. Gecə bizə divan tutur, Axşamla dan arasında. Can doysa da, könül doymur, Gecə-gündüz çaxnaşma var, Ürəklə can arasında. Vuruşur, əlləşir həkim, Damarla qan arasında. Savaş gedir, döyüş gedir, Yeddibaşlı əjdahayla, Tək Zəlimxan arasında.

2004, 27 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.