Əsas məzmuna keç

Heca şeiri

Savalan məndədir, mən Savalanda

Zəlimxan Yaqub

2

Bu gün Savalanın zirvəsindəyəm, Bu gün Savalanın ətəyi mənəm. Arıyam, qonmuşam çiçəklərinə, Dağın balı mənim, pətəyi mənim.

Cığırlı, çəhlimli, çaylı, çeşməli, O çayın, çeşmənin biriyəm indi. Yüz səksən ildir ki, ölmüşdüm, babam, Gördüm Savalanı, diriyəm indi!

Sinəmə min yerdən min dağ çəkdilər, Bir dəfə bu dağı görənə kimi. Getdim o dünyanı gördüm, qayıtdım, Sevincin barını dərənə kimi.

Daşında mamıram, döşündə qaya, Ruhumla mən ona bağlıyam daha. Nə ki ətəklərdə süründüm, yetər, Qarlı zirvələrin oğluyam daha!

Bildi ki, ilk dəfə görürəm onu, Yolumu kəsmədi çən Savalanda. Nəfəslə can kimi doğmalaşmışıq, Savalan məndədir, mən Savalanda!!!

Savalan dağı, 1992, avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.