Sataşdım
Səhər vaxtı seyran edib gəzərkən, Əcəb mənzil, əcəb caya sataşdım, Uğrum bilməz, yoldan-yola azarkən Xub məkana, xub saraya sataşdım.
Ustasız işlənən, kirişsiz qatılan, Qiymətsız satılan, əlsiz tutulan, Əl dəyməz çəkilən, oxsuz atılan, Çilləsiz qurulan yaya sataşdım.
Neçə dostlar ilən seyranda ikən, Xətərdən sovuşdum, karvanda ikən, Candan ümid üzüb, heyranda ikən, Ulduzdan yol umdum, aya sataşdım.
Könlüm getdi dostlar içən şərbətdə, Onlar yüz səfada, mən min həsrətdə, Ayrılıb nalədə, qaldım qürbətdə, Çeşmədən su içib, çaya sataşdım.
Nə təndə qüvvət var, nə içdə can var, Bu işdə nə xeyir, nə də ziyan var, Nə hesab, nə hasib, nə bəlli san var, Kişi bilməz, nə sevdaya sataşdım.
Başa bağlar divanəlik kəməndin, Səyridib yetişdim eşqə səməndim, Al şəraba əl uzatdım, eyməndim, Durusun içmişlər, laya sataşdım.
Məxdumqulu derlər mənim adımı, Aləm əl qızdırar görsə odumu, Ey yaranlar, kimə deyim dadımı, Başım çıxmaz nə sevdaya sataşdım.