Əsas məzmuna keç

Gəraylı

“sarıtel”

Zəlimxan Yaqub

1

Yenə coşdu dəli könlüm, Atam, anam, ay “Sarıtel”. Yetər nə ki sızıldatdın, Qoyma yanam, ay “Sarıtel”.

Ürək sonsuz, dodaq yetim, Sənsiz mənim nə qiymətim. Sənsən eşqim, məhəbbətim, Qaynar qanım, ay “Sarıtel”.

Az yandırsan, dərdim azmı? Heç bilmirəm qışmı, yazmı? Saz aşığı tanımazmı, Zəlimxanam, ay “Sarıtel”.

1973, 9 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.