Əsas məzmuna keç

Təcnis

Sarı, görəndə

Aşıq Ələsgər

1

Xudam səni nə xoş gündə yaradıb, Meylim axır sənə sarı, görəndə. Həsrətindən yüz yara var sinəmdə, İnsaf elə, birin sarı, görəndə.

Tifilkən qoynunda nara aşiqəm, Mürği-Səməndər tək nara aşiqəm. Çəkərəm sübhədək nara*, aşiqəm, Tərlan ovlağında sarı görəndə.

Ələsgər sızıldar, bala yetişər, Nardan Səməndərə bala yetişər, Gözlərindən mənə bəla yetişər, Olur gül irəngim sarı, görəndə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.