Əsas məzmuna keç

Qoşma

Sarı

Məxdumqulu Fəraqi

1

Onda adam sayılar, Min bir astana sarı. Fələk baqqal ötürmüş Bazaristana sarı.

Qara yer ağzın aça, Qafildir adam, keçə, Bülbüllər istər köçə Baği-bostana sarı.

Nurata, Baba Darğan, Dövrəsi dərya, orman, Yol üstədir Bakırğan, Şol Türküstana sarı.

Haqdan rəhmət səpilər, İmarətlər yapılar, Getsən, Kəbə tapılar, Urumistana sarı.

Gündoğardan günbatar, Tərsa, cuhud, həm tatar, Şəhərlər qatar-qatar Məğribistana sarı.

Aşiq deyər: «Ya sübhan, Müşkülümü qıl asan. Şəfaət eylə, yaran, Şol Dehistana sarı!»

Məxdumqulu dillənər, Gözdə yaşı sellənər, Gündə köçdür, yollanar Məzaristana sarı.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.