Sanma birdəfəlik susacağam mən
Nə dovşan qaçışı, nə fil yerişi, Qartal uçuşudur mənim uçuşum. Dərədə sürünmək deyildir işi, Dağların başına dolanır quşum.
Son dəfə gözümdə sönəndə işıq, Sanma birdəfəlik susacağam mən. Hay vurub, qıy vurub qəbrim qarışıq, Dağları bağrıma basacağam mən.
2002, 5 fevral