SALYANLI AXUND MOLLA MƏHƏMMƏDHƏSƏN HAQQINDA
Gördüm yuxuda şəhi-bəlanı, Məzlumi-diyari-Kərbəlanı. Qəmgin idi, zar, əşk-rizan, Giryan eləyirdi masivanı. Öpdüm ayağın təzərrö etdim – Key, möhnəti ağladan səmanı! Bais nədi göz yaşın rəvandır? Şərh eylə mənə bu macəranı. Bir ah çəkib buyurdu ol şəh; Gör dəhrdə çəkdiyim cəfanı. Yetmiş iki tən şəhid olduq, Çəkdik ələmü qəmü bəlanı. Bunlar hamı səhldir və lakin İncitdi məni, görün, filani, Bir mərsiyəxani-hərzə-göftar, Minbərdə ipə düzür yalanı. Ta ağlada bir neçə əvamı, Bağlar bizə hərdəm iftiranı. Sordum ki, o kimdir, ey mükərrəm? Ver bircə nişan o qəltəbanı. Bir ah çəkib dedi o sərvər: Salyanın o zişt rövzəxanı. Ol Molla Məhəmmədi-Həsən kim, Satdı pula din ilə imanı.