Əsas məzmuna keç

Heca şeiri

Salavat çevir

Zəlimxan Yaqub

2

Oyan, tər çiçəklər oda düşəndə, Oyan, saf duyğular yada düşəndə, Oyan, dan yerinə səda düşəndə, Gör necə sevilir, gör necə sevir, Hər səhər Günəşə salavat çevir.

Şöhrətçün yaşamır, ad üçün ölmür, Dünyanı yaxşıya, yamana bölmür, Tikanı da sevir, gülü də sevir, Əzizlə ilahi ədalətini, Hər səhər Günəşə salavat çevir.

Baxma ki, başında nurdan tacı var, Baxma ki, bir dərdə min əlacı var, Onun da sevgiyə ehtiyacı var, O da insan kimi sevilir, sevir, Hər səhər Günəşə salavat çevir.

Fəxr elə bu nurla, ey insan oğlu, Yaşa bu qürurla, ey insan oğlu, Qara fikirlərin taxtını devir, Hər səhər Günəşə salavat çevir!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.